• Kəsmikli limonlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 12368

Tarix : 29.10.2015, 21:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
250 g kəsmik və ya duzsuz ağ pendir
115 g kərə yağı, əridib soyudun
5 yumurta, otaq hərarətində
bir çimdik vanil tozu
3/4 stəkan əla növ ağ un
1 1/4 stəkan şəkər tozu
1 stəkan qatıq (çox sulu olmasın)
1 limonun qabığı, sürtkəcin iri dişindən keçirilmiş
üstü üçün şəkər kirşanı

Hazırlanması:
Qeyd: Diqqət yetirin ki, kəsmiyiniz çox sulu olmasın. Əgər suludursa, onu xəmirə qatmaqdan əvvləl tənzifə qoyub suyunu süzdürün. Kəsmik quru olmalıdır.
1. Sobanı 180Cdək qızdırın.
2. Böyük bir qabda kəsmik və ya pendiri kiçik parçalar halına qələnədək ovun. Üstünə soyumuş kərə yağı, yumurta, vanil tozu və unu əlavə edin. Mikserlə qarışanadək təxminən bir dəqiqə ərzində çalın. Alınan kütlə aşağıdakı şəkildə göründüyü kimi olmalıdır.
3. Ayrı qabda şəkər tozu və qatığı mikserlə qarışanadək çalın. Üstünə rəndələnmiş limon qabığı əlavə edib qaşıqla qarışdırın.
4. Qatıqlı qarışığı kəsmikli qarışığa əlavə edib qaşıqla qarışdırın. Alınan kütlə bir qədər sulu olacaq. Bu normaldır.
5. 21 X 11 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın. Alınan kütləni yağlanmış formaya tökün. Sobanın orta rəfində 50 dəqiqə ərzində, üstü qızaranadək, bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ keksiniz hazırdır (bu keks çox şişən kekslərdən deyil. Olduqca zərif və yumuşaqdır). Keks öz formasında tamamilə soyuduqdan sonra, onu yavaşca alt-üst çevirin. Sonra servis qabına çevirib üstünə şəkər kirşanı və istəyə görə, rəndələnmiş limon qabığı səpin.

Nuş olsun!

Etiketlər: şəkər, əlavə, qabığı, Alınan, stəkan, duzsuz, qarışdırın, Üstünə, vanil, olmasın, yumurta, kəsmik, olmalıdır, qabda, qaşıqla, çalın, ərzində, limon, kütlə, zərif
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN