• Yumuşaq (və nəm) brauni resepti

Reseptin məlumatları Baxış sayı: 15 542

Tarix : 16-10-2015, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 xörək qaşığı (85 qram) kərə yağı – kubiklərə doğrayın
225 qram 60% və ya 70%-lik acı-şirin (bittersweet) şokolad (plitka) – iri-iri doğrayın
bir stəkanın dortdə üçü qədər + 2 xörək qaşığı şəkər tozu
bir çay qaşıının dörtdə biri qədər duz
2 ədəd iri yumurta
bir stəkanın üçdə biri qədər un
yarım stəkan qoz ləpəsi

Hazırlanması:
Sobanı 160Cdək qızdırın. Ölçüsü 20 sm x 40 sm olan perqament kağızı kəsib hazırlayın.
Ölçüsü 20 x 20 x 5 sm olan formanın dibini bir az yağlayıb perqament kağızı buraya sərin. Kağızın kənarları iki tərəfdən bir qədər formanın kənarına çıxacaq – bu, belə də olmalıdır. Perqamentin üstünü yağlayın.
Şokoladı və yağı istiyə qarşı dayanıqlı bir qaba qoyub, qabı qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokolad və yağı əridin. Sonra qabı kənara çəkin.
İri taxta qaşıqla şəkər tozu və duzu şokolada əlavə edin (şokoladın soyumasını gözləmək lazım deyil). Yumurtaları bir-bir əlavə edib qaşıqla çırpın. Unu da əlavə edib yaxşıca qarışdırın. Alınan kütlə hamar və düyünsüz olmalıdır. Əlinizlə qozu iri parçalara bölüb çokoladlı kütləyə əlavə edin. Yavaşca qarışdırın.
Qarışığı formaya töküb üstünü qaşıqla hamarlayın. 30-35 dəqiqə bişirin. Kibritlə brauninin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz amma nəm olmalıdır.
Qoyun brauni formada bir qədər soyusun. Sonra isə perqament kağızının çıxan tərəflərindən vasitəsiylə brauniləri formadan çıxardın. Qoyun tamamilə soyusun. Sonra isə kiçir kvadratlara doğrayın.

Nuş olsun!
Etiketlər: qədər, əlavə, perqament, qaşıqla, olmalıdır, Sonra, şokolad, doğrayın, brauniləri, brauni, qaşığı, qarışdırın, şəkər, Ölçüsü, kağızı, üstünü, formanın, xörək, stəkanın, soyusun
BİZİ İZLƏYİN