• Kakaolu keks resepti

Reseptin məlumatları Baxış sayı: 41 306

Tarix : 27-10-2015, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram kərə yağı
5 xörək qaşığı kakao
4 ədəd iri yumurta
250 qram şəkər tozu (1 stəkan + 2 xorək qaşığı)
1 çay qaşığı duru vanil və ya bir çimdik toz vanil
180 qram (1 stəkanda + 1/4 stəkan) əla növ un
1 çay qaşığı qabartma tozu
Şəkər kirşanı (pudrası)

Hazırlanması:
Əvvəlcə kərə yağını orta hərarətdə əridib, kənara bir az soyumağa qoyun. Bir qədər soyumuş yağı iri kasaya boşaldıb, üstünə kakaonu əlavə edib, qarışdırın.
Ayrı kasada yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Vanili əlavə edib qarışdırın.
Yağlı-kakaolu qarışıq yumurtalı qarışığı olan kasaya boşaldıb, miskerslə ərzaqlar qarışanadək çalın.
Un və qabartma tozunu da əlavə edib, hamar kütlə alınanadək çalın.
Sobanı 190Cdək qızdırın.
Yumru keks formasının dibinə perqament kağızı sərin. Kakaolu kütləni formaya boşaldın.
Keksi 30-35 dəqiqə ərzində, və yaxud ortasına salıb çıxartdığınız kibrit təmiz çıxana qədər bişirin. Çox bişirməyin, yoxsa keks quru alınar.
Sobadan çıxardıb formasında soyumasını gözləyin. Süfrəyə vermək üçün, keksi formadan çıxardıb, üstünə şəkər kirşanı ələyin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, şəkər, kirşanı, üstünə, çıxardıb, qarışdırın, boşaldıb, kasaya, qədər, vanil, tozunu, qabartma, yumurta, Kakaolu, çalın, stəkan, kakaolu, Yumru, ərzində
BİZİ İZLƏYİN