• Qara məxmər şokoladlı mus resepti

Reseptin məlumatları Baxış sayı: 16 321

Tarix : 1-02-2016, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
115 qram acı-şirin (bittersweet) və yaxud yarı-şirin (semisweet) plitka şokolad – doğrayın
dörtdə bir stəkan yağlı süd qaymağı (ruscası: slivki)
dörtdə bir stəkan şəkər tozu
4 ədəd iri yumurta – ağını sarısından ayırın
bir çimdik duz

Hazırlanması:
Şokolad və qaymağı istiyə dayanıqlı bir kasaya qoyun. Balaca qazanda su qaynadın, və kasanı qazanın üstünə yerləşdirin. Kasa qaynayan suya dəyməməlidir! Kasadakı ərzaqları qarışdıra qarışdıra əridin. Şəkər tozunu əlavə edib, əriyənəqək qarışdırın. Kasanı kənara çəkin, və qarışığa bir-bir yumurta sarılarını əlavə edib, çırpma teliylə qarışdırın. Mikserlə deyil! Alınan qarışığı kənara qoyun.
Ayrı qaba yumurta ağlarını və bir çimdik duzu qoyub mikserlə ağlar köpüklənib bir qədər bərkiyənədək çırpın. Mikserin çırpma telini qaldırdığınızda, ağlar gərək tökülməsin.
İndi isə çırpma teli və ya rezin spatula vasitəsiylə kənara qoyduğunuz şokoladlı kütləni hissə-hissə çaldığınız yumurta ağlarına əlavə edib, yavaşca, yüngül hərəkətlə iki kütləni bir-birinə “yedirdin.”
Musu 4 stəkan və ya kiçik kasalara boşaldın. Üstlərini örtüb soyuducuda ən azı 4 saat, ən çoxu isə 2 gün saxlayıb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şirin, istifadə, yumurta, əlavə, kənara, çırpma, şokoladdan, stəkan, yaxud, edirsinizsə, qaymağı, reseptdə, dörtdə, qarışdırın, qoyun, bittersweet, semisweet, hissə, kütləni, yüngül
BİZİ İZLƏYİN