• Bananlı maffinlər resepti

Reseptin məlumatları Baxış sayı: 17 072

Tarix : 25-10-2015, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
80 qram kərə yağı
2 yetişmiş banan
Yarım stəkan şəkər tozu (100 qram)
1 yumurta – yüngülvari çalın
Bir stəkan yarım un (225 qram)
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
Bir ovuc şokolad qırığı (damla şokoladı)
Bir ovuc iri-iri döyülmüş qoz ləpəsi

Hazırlanması:
Sobanı 180Cdək qızdırın.
12-bölməli maffin formasının bölmələrini bir az yağlayın.
Əgər maffinlər üçün nərəzdə tutulmuş kağız fincanlarınız varsa, bölmələri yağlamağa ehtiyac yoxdur – sadəcə olaraq hər bölməyə bir kağız fincanı yerləşdirin.
Kərə yağını əridib soyudun.
İri qabda bananları əzin. 1 çay fincanı banan əzməsi əldə etməlisiniz. Buraya şəkər tozu və yumurtanı əlavə edib qarışdırın. Yağı da əlavə edib yenidən qarışdırın.
Ayrı qabda un, qabartma tozu və sodanı qarışdırıb bananlı kütləyə əlavə edin.
Şokolad və qozu da əlavə edib qarışdırın.
Alınan qarışığı hazırladığınız maffin formasının bölmələrinə tökün. Hər bölmənin dörtdə üçü dolmalıdır.
Maffinləri sobanın orta gözündə 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, maffin, qabda, şəkər, qaşığı, qabartma, banan, formasının, stəkan, fincanı, maffinlər, kağız, etməlisiniz, yumurtanı, olaraq, bölməyə, Buraya, yerləşdirin, yenidən
BİZİ İZLƏYİN