• Brauni resepti

Reseptin məlumatları Baxış sayı: 14 938

Tarix : 31-10-2015, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yarım stəkan un (75 qram)
Dörtdə bir çay qaşığı qabartma tozu
Yarım stəkan kakao tozu
Bir çimdik duz
120 qram kərə yağı
1 stəkan şəkər tozu (200 qram)
2 yumurta
1 çay qaşığl vanil ekstraktı (duru vanil; zəruri deyil amma brauniyə ləzzət qatır)

Hazırlanması:
Iri qabda un, qabartma tozu, kakao və duzu qarışdırın. Kənara qoyun.
Yağı əridib bir qədər soyudun (bir az isti qalmalıdır, amma qaynar olmamalıdır). Şəkər tozunu yağa əlavə edib qaşıqla yaxşıca qarışdırın. Yumurtaları bir-bir bunun üstünə qırıb qarışdırın (mikserlə çalmayın!). Vanil ekstraktınız varsa, əlavə edib yenə qarışdırın.
Unlu qarışığı yağa əlavə edib qarışdırın.
Xəmir belə qatılıqda alınmalıdır.
Sobanı 175C dərəcəyədək isidin. Xəmiri ölçüləri 23 sm olan yağlanmış kvadrat formaya boşaldın.
Sobanın orta gözündə 25 dəqiqə bişirin. Bilmiş brauninin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru qalırsa, brauniniz hazırdır.

Nuş olsun!
Etiketlər: qarışdırın, stəkan, əlavə, kakao, vanil, qabartma, kibrit, Yarım, brauni, Sobanı, alınmalıdır, qatılıqda, dərəcəyədək, Xəmiri, ölçüləri, Xəmir, isidin, qarışığı, Vanil, çalmayın
BİZİ İZLƏYİN