• Gavalı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 16 118

Tarix : 28-10-2015, 13:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
115 qram kərə yağı
2 yumurta
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
225 qram un (bir stəkan yarım)
Bir çimdik duz
2 çay qaşığı qabartma tozu
4-5 gavalı
Üstü üçün şəkər kirşanı (mütləq deyil)

Hazırlanması:
Kərə yağını əridib kənarda soyudun.
İri kasada yumurta və şəkər tozunu bir neçə dəqiqə çalın (rəngi bir qədər açılmalıdır).
Kərə yağını əlavə edib qarışdırın. Ayrı qabda un, duz və qabartma tozunu qarışdırın.
Unlu qarışığı yumurtalı kütləyə töküb qarışdırın.
Kənarları çıxan yumru formanın içini yağlayın. Xəmiri buraya boşaldıb yayın.
Gavalını çox nazik olmayan dilimlərə kəsib, dilimləri xəmirin üstünə dairəvi şəkildə düzün. İstəyə görə gavalıları sıx-sıx ya da aralı olaraq düzə bilərsiniz (şəkildə gördüyünüz düzüm aralıdır).
Sobanı 190Cdək qızdırın. Formanı sobanın orta gözünə yerləşdirib piroqu təxminən 30 dəqiqə, yaxud üstü bir qədər qızaranadək bişirin. Hazır piroqun içinə kibrit basıb çıxartdığınızda kibrit quru çıxırsa, piroq hazırdır. Piroqu soyuduqdan sonra süfrəyə verin. İstəyə görə üstünə şəkər kirşanı da səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: gavalili, şəkər, qarışdırın, kibrit, kirşanı, qabartma, bilərsiniz, yağını, qədər, dəqiqə, tozunu, şəkildə, İstəyə, Piroqu, yumurta, piroqu, üstünə, aralıdır, düzüm, kəsib
BİZİ İZLƏYİN