• Kəsmikli-kişmişli keks resepti

Reseptin məlumatları Baxış sayı: 22 324

Tarix : 25-10-2015, 15:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
200 qram şəkər tozu
150 qram kərə yağı – otaq hərarətində yumşalmış
200 qram kəsmik
200 qram un
2 çay qaşığı qabartma tozu
1 çay qaşığı vanil ekstraktı (zəruru deyil)
Yarım stəkan kişmiş (qara və ya ağ ola bilər)
1 yemək qaşığı süd
2 xörək qaşığı şəkər kirşanı (pudrası)

Hazırlanması:
Sobanı 180Cdək qızdırın. Yumru, çələng keks formasının içini bir az unlayıb kənara qoyun.
Yumurta və şəkər tozunu bir qabda kütlənin rəngi açılanadək mikserlə çalın.
Alınan qarışığa kərə yağı və kəsmiyi əlavə edib bir az da çalın. Vanil töküb qarışdırın.
Un və qabartma tozu, sonra isə kişmişi əlavə edib yenidən qarışdırın.
Alınan xəmiri keks formasına boşaldın.
Keksi isinmiş sobanın orta gözündə 40 dəqiqə bişirin.
Keksin bişib bişməməsindən əmin olmaq üçün, keksin içərisinə kibrit batırıb çıxardın – kibrit təmiz çıxırsa və üstünə xəmir yapışmayıbsa, deməli, keks hazıdır.
Keksi sobadan çıxartdıqdan sonra qoyun öz formasında tamamilə soyusun. Sonra formadan çıxardıb soba telinin üstünə qoyun. Süd və şəkər kirşanını bir qabda qarışdırın. Alınan kütlə nə çox sulu, nə də çox quru alınmalıdır. Çox suludursa, bir az daha şəkər kirşanı əlavə edin. Alınan qarışığı qaşıq vasitəsilə keksin üstünə çiləyin. Bu bəzək bir qədər bərkiyəndə, keksi süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: kesmikli, şəkər, qaşığı, Alınan, üstünə, əlavə, qoyun, qarışdırın, qabartma, çalın, kibrit, sonra, qabda, kirşanı, keksin, Keksi, batırıb, içərisinə, çıxırsa, yapışmayıbsa
BİZİ İZLƏYİN