• Balqabaqlı-krem pendirli qıvrım piroq resepti

Reseptin məlumatları Baxış sayı: 14 580

Tarix : 18-01-2016, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 xörək qaşığı kərə yağı (80 qram), əridilib soyudulmuş
1 3/4 stəkan şəkər tozu
3 iri yumurta, otaq temperaturunda
1 stəkan evdə hazırlanmış balqabaq püresi, yaxud balqabaq püresi konservi
1 3/4 stəkan un
1 çay qaşığı üyüdülmüş darçın
1 çay qaşığı çay sodası
1/2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı üyüdülmüş muskat cevizi
1 paket (225 q) krem pendir, otaq temperaturunda

Hazırlanması:
Sobanı 175ºC-yə qədər qızdırın.
33 x 23 sm-lik bir listi yağlayıb yüngülcə unlayın.
Bir dərin cəmin içində yağ və 1 ½ stəkan şəkəri mikserin orta sürətində eynicinsli kütlə alınana qədər çalın. Bu kütləyə növbə ilə 2 yumurta, balqabaq püresi və 1/3 stəkan su əlavə edib yaxşıca qarışana qədər çalın. Başqa bir cəmin içində un, darçın, çay sodası, qabartma tozu və muskat cevizini qarışdırın. Bu qarışığı yağlı kütləyə əlavə edib qarışdırın, yaxud da çalın. Xəmiri bərabər qaydada soba listinə yayın. (Mən Pyrex qabından istifadə etdim.)
Bir qabda orta sürətə qoyulmuş mikserlə krem pendiri, qalan yumurtanı və qalan 1/4 stəkan şəkəri tam qarışana qədər çalın.
Krem pendir qarışığını xörək qaşığı ilə bri-birindən bərabər məsafədə xəmirin üzərinə qoyun. Bıçağın ucu ilə hər krem pendir porsiyasını ehmalca xəmirin içinə burun. Güclü qarışdırmayın!
Əvvəlcədən qızdırılmış sobanın orta gözündə təxminən 30 dəqiqə, balqabaq xəmiri (krem pendir qarışığı yox) əl vurulanda geri qayıdan hala gələnə qədər bişirin. Tavanın içindəcə tamamilə soyuduqdan sonra piroqu 24 bərabər hissəyə bölün. Piqorunuzu belə doğranmış halda hava keçirməyən qabda 3 günə qədər saxlaya bilərsiniz. (Mən öz piroqumu elə bişdyi Pyrex qabında, üstünə streç örtüyü çəkərək saxladım).

Nuş olsun!
Etiketlər: qaşığı, qədər, stəkan, balqabaq, çalın, darçın, pendir, püresi, bərabər, xəmirin, içində, cəmin, xörək, temperaturunda, qabartma, muskat, sodası, üyüdülmüş, etdim, yaxud
BİZİ İZLƏYİN