• Çiyələk və ağ şokolad kremli mələk keksi resepti

Reseptin məlumatları Baxış sayı: 23 385

Tarix : 14-06-2014, 23:44

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
8 ədəd yumurtanın ağı
1 su stəkanı toz şəkər
Bir çimdik duz
1 xörək qaşığı limon suyu
4 xörək qaşığı un
4 xörək qaşığı buğda nişastası
1 paket vanil

Krem üçün:
1 qutu (200 ml) krem
1 paket (80 qram) ağ şokolad
250 qram çiyələk
2 ədəd yumurtanın ağı
1 su stəkanı pudra şəkəri

Bəzəmək üçün:
Çiyələk

Hazırlanması:
Keks üçün yumurta ağlarını şüşə bir qabın içində, çırpma teli ilə yüngülcə çırpın. Toz şəkər, duz və limon suyunu əlavə edib, təkrar çırpın. Şüşə qabı qaynamış su dolu bir qazanın üzərinə oturdun və isti suyun buxarında qabarıb, köpük olana qədər çırpma əməliyyatına davam edin. Yaxşıca qabardıqdan sonra qabı buxardan götürün. Üzərinə un, nişasta və vanili ələyərək əlavə edin. Qabarıqlığını söndürmədən yüngülcə bir neçə dəfə qarışdırın. Daha sonra yağlı kağız sərilmiş keks qəlibinin içinə boşaldın. Əvvəldən isidilmiş 175 dərəcə sobada qabarana qədər bişirin. Bişdikdən sonra sobanın qapağını 5-10 dəqiqə açmayın. Keks ilıqlaşdıqdan sonra, qəlibdən çıxarın və soyumağa qoyun.
Kremi üçün kremi qaynama nöqtəsinə gələnə qədər istilədin. Ağ şokoladı əlinizlə qıraraq birqaba qoyun və üzərinə kremi boşaldın. Qarışdıraraq əriməsini təmin edin və soyumağa qoyun.
Digər tərəfdən çiyələkləri yuyun və təmizləyin. Robotdan keçirib, püre halına gətirin. Soyuyan şokoladlı krem qarışığını mikserlə çırparaq qabarmasını təmin edin. Çiyələk püresini əlavə edin və qarışdırın. Dərin bir qaba yumurta ağları ilə pudra şəkərini alın. Bu qabı qaynamış su dolu bir qazanın üzərinə oturdun. İsti suyun buxarında çırpın və yaxşıca qabarınca qabı qazanın üstündən götürüb, çırpmağa davam edin. Soyuduqdan sonra çiyələkli kremin içinə qatıb, bütün vəsaiti belə bir qarışdırın. Soyuyan keksi eninə üçə bölüb və hər qatın arasına çiyələkli kremdən sürtün. Qalan krem ilə keksin hər tərəfini örtdükdən sonra, çiyələklə bəzəyin və dilimləyərək servis edin.

Nuş olsun!
Etiketlər: sonra, üzərinə, qarışdırın, qazanın, qədər, qaşığı, çırpın, qoyun, əlavə, xörək, yüngülcə, qaynamış, oturdun, suyun, çiyələkli, soyumağa, təmin, kremi, Soyuyan, boşaldın
BİZİ İZLƏYİN