• Qaymaqlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 39 551

Tarix : 2-11-2015, 13:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su stəkanı duru süd qaymağı (kremdə ola bilər)
3 yumurta
1 çay stəkanı su
1 su stəkanı şəkər
2 su stəkanı un (un az gəlirsə 3 şorba qaşığı daha əlavə edin)
1 paket qabartma tozu
1 çay qaşığı vanil
Yarım su stəkanı çəkilmiş fındıq və ya fıstıq vs.
2 şorba qaşığı hindqozu rəndəsi

Hazırlanması:
Yumurta ilə şəkəri çırpın köpük köpük olub şəkər əriyincə su və qaymağı əlavə edin qarışdırmağa davam edin qaymaq qarışığın içində həll edilincə un üstünə qabartma tozu və onun üstünə vanil tozunu əlavə edib qarışdırın, çəkilmiş fındıq parçalarını və hindqozunu əlavə edib bir neçə səfər yoğurun və son olaraq listin içini yağlayıb bu qarışığı boşaldın və 175 dərəcədə gözlə görünər qabarma olana qədər bişirin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, qaşığı, qabartma, vanil, köpük, üstünə, çəkilmiş, fındıq, şorba, şəkər, qaymağı, bişirin, olaraq, qədər, yoğurun, hindqozunu, qarışdırın, parçalarını, listin
BİZİ İZLƏYİN