• Qozlu boranı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 14308

Tarix : 6.05.2016, 15:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
xəmir:
1,5 st. un
0,5 ç.q. duz
110 q kərə yağı
1 yumurta
4 x.q. buzlu su

boranılı iç:
1 st. boranı püresi
2/3 st. 33%-li qaymaq
0,5 st. qəhvəyi şəkər tozu
1 yumurta
1 yumurtanın sarısı
2 x.q. konyak
1 çimdik vanil
0,5 ç.q. darçın
1/4 ç.q. üyüdülmüş zəncəfil
1/4 ç.q. duz

qozlu iç:
0,5 st. bal
1/4 st. qəhvəyi şəkər tozu
30 q əridilmiş kərə yağı
1 yumurta
1 yumurtanın sarısı
1 çimdik vanil
1/4 ç.q. darçın
1/8 ç.q. duz
1,5 st. iri doğranmış qoz

Hazırlanması:
Boranı püresi hazırlamaq üçün boranını ya buxarıda, ya da sobada bişirin, sonra püre halına salın.

Kombaynın qabına un, 0,5 ç.q. duz, 110 q soyudulmuş kərə yağı (xırda doğrayın) qoyub ovuntuq alınanadək xırdalayın. 1 yumurta və 4 x.q. buzlu su əlavə edin (suyu qaşıq-qaşıq əlavə edin, çünki daha az gərək ola bilər). Yenə çalın. Sonra xəmiri tələsik yoğurun, disk halına salıb qida plyonkasına bükün, soyuducuda 1 saat saxlayın.

Boranı püresi, qaymaq, 0,5 st. qəhvəyi şəkər tozu, 1 yumurta, 1 yumurtanın sarısı, konyak, vanil, darçın, zəncəfil və duzu eynicinsli kütlə alınanadək çalın.

Ayrı qabda bal, 1/4 st. qəhvəyi şəkər tozu, 30 q ərinmiş kərə yağı, 1 yumurta, 1 yumurtanın sarısı, vanil, darçın və duzu çalın.

Sobanı 230 dərəcə qızdırın. 23-24 sm diametrli formanı yağlayın. Yaxud perqament döşəyin. Xəmiri yayıb içinə qoyun, kənarlarını qaldırın.

Boranılı içi azca çalın, xəmirin üstünə tökün. Üzərinə xırdalanmış qozu bərabər qaydada səpin. Ballı qarışığı qozun üzərinə gəzdirin.
Sobada 10 dəqiqə bişirin. Sonra temperaturu 150 dərəcəyədək azaldıb 50-60 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, şəkər, yumurtanın, sarısı, darçın, vanil, qəhvəyi, çalın, bişirin, püresi, zəncəfil, qaşıq, halına, Boranı, Sonra, dəqiqə, əlavə, qaymaq, buzlu, alınanadək
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN