• Darçınlı-qozlu piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 975

Tarix : 12-11-2015, 13:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
1 kq un
200 q şəkər tozu
2 yumurta
350 q kərə yağı
100 q çiyələk pavidlası
200 ml ryajenka
150 q qoz
1 x.q. darçın
1 çimdik vanil
10 q yaş maya
1 ç.q. xaş-xaş
1 çimdik duz

Hazırlanması:
Mayanı bir qədər isti süddə əridin.
Ayrı qaba ryajenkanı tökün, 1 yumurta qırın, duz, vanil, 5 x.q. şəkər tozu və 250 q əridilmiş kərə yağı əlavə edin. Un qatıb ələ yapışmayaq yumşaq xəmir yoğurun.
Gəlməsi üçün isti yerdə saxlayın.

Gəlmiş xəmirdən 6 kündə tutun, üzərinə dəsmal çəkib bir qədər də saxlayın.

İç: qozu xırdalayın (çox xırda olmasın), darçın və şəkər tozu ilə əridilmiş kərə yağının qalanı ilə qarışdırın.
Hər kündəni 5 mm qalınlıqda, 30 sm diametrdə yayın.
8 yerə bölün.
"Üçbucaqların" "oturacağı"na 1 x.q. iç qoyun, sonra onu içi ilə bir yayın, amma ucundan bir qədər yer saxlayın.
"Üçbucağın" kənarlarını ortaya qatlayın, sonra rulet kimi bükün. Digərlərini də eyni qaydada hazırlayın.
30 sm diametrli yumru formanın içinə perqament döşəyin, yağ çəkib un səpin.
Hazırladığınız kiçik ruletləri şəkildə gördüyünüz qaydada sıra ilə düzün.
Üzərinə dəsmal çəkib bir qədər şişməsi üçün gözləyin.
Yumurta çəkin.
Xaş-xaş səpin.
180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.
Sobadan çıxaranda, isti-isti üzərinə pavidla çəkin.

Darçınlı-qozlu piroq resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qədər, saxlayın, çəkib, şəkər, səpin, çəkin, üzərinə, dəsmal, əridilmiş, qaydada, sonra, yayın, çimdik, darçın, yumurta, vanil, içinə, formanın, yumru, perqament
BİZİ İZLƏYİN