• Damla şokoladla alma keksi resepti

Reseptin məlumatları Baxış sayı: 17 775

Tarix : 15-11-2015, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
1 st. şəkər tozu
1 ç.q. vanilli şəkər tozu
2/3 st. bitki yağı
2 st. un
1,5 ç.q. qabartma tozu
3 alma
50 q damla şokolad (yoxdursa, adi şokoladı xırda doğrayın)

Hazırlanması:
Almaları yuyub soyun, xırda doğrayın.

Yumurtaları şəkər tozu və vanillə çalın. Bitki yağı əlavə edib eynicinsli olanadək qarışdırın.

Unu qabartma tozu ilə qarışdırıb yumurtalara tədricən əlavə edin.

Xəmir eynicinsli və qatı olmalıdır.

Almanı əlavə edin. Damla şokoladı səpib qarışdırın.

Xəmiri formaya tökün (metal, yaxud şüşə formanı əvvəlcədən kərə yağı ilə yağlayın, silikon formanı isə azacıq isladın). 190 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Hazır olmasını çöplə yoxlayın.
Bişmiş keksi formala soyudun, sonra şəbəkənin üzərinə tərs çevirin, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, şokoladı, eynicinsli, qarışdırın, üzərinə, doğrayın, xırda, qabartma, formanı, dəqiqə, bişirin, Hazır, sobada, əvvəlcədən, qızdırılmış, silikon, yağlayın, isladın, dərəcə
BİZİ İZLƏYİN