• Yumşaq içlikli limon keksi resepti

Reseptin məlumatları Baxış sayı: 13531

Tarix : 2.03.2016, 10:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
iç:
110 ml limon şirəsi (3 limon)
200 q şəkər tozu
2 yumurta
1 çimdik duz
50 q kərə yağı

keks:
100 q kərə yağı
80 q şəkər tozu
2 yumurta
2 x.q. süd
1 ç.q. limon sedrası
100 q un

Hazırlanması:
Qazançaya yumurta, şəkər tozu, limon şirəsi və duz tökərək orta itilikli ocağın üzərinə qoyun, daim qarışdıraraq 5-8 dəqiqə bişirin. Kütlə qatılaşacaq. Amma qətiyyən qaynatmayın!

Qatılaşmağa başlayan kimi ocağı çox azaldıb kubik doğranmış yağı əlavə edin, yağ tam əriyən kimi ocaqdan götürün. Bir qaba töküb ağzına qida plyonkası çəkin. Soyudun, sonra 3-4 saat soyuducuda saxlayın.

Sobanı 205 dərəcə qızdırın. Formaları yağlayıb şəkər tozu səpin, siniyə düzün.

Yağı şəkər tozu ilə krem halına gələnədək çalın, yumurtaları bir-bir əlavə edin, südü və limon sedrasını qatın.
Unu da əlavə edib yenə çalın. Formaların 1/3-dək xəmir tökün. Ortasını çalalayıb 1 x.q. limonlu krem qoyun. Üzərinə formaların 3/4-dək xəmir tökün.

Sobada 15-30 dəqiqə bişirin. Çıxarın, iti bıçaqla divarlardan ayırın, boşqaba çevirin. Üzərini şəkər pudrası və limon sedrası ilə bəzəyib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şəkər, limon, yumurta, əlavə, çalın, qoyun, dəqiqə, şirəsi, xəmir, sedrası, tökün, bişirin, Ortasını, sedrasını, Formaların, qatın, gələnədək, səpin, yağlayıb, siniyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN