• Siciliya günəşi altında resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 958

Tarix : 22-04-2016, 09:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 iri portağal
1 manqo
2-3 kivi
70 ml portağal şirəsi
2 x.q. limon şirəsi
8-10 q jelatin (təxminən 1 x.q.)
4 yumurta
150 ml 35-38%-li qaymaq
350 q maskarpone
110 q qamış şəkəri (narın)
2 x.q. qatılaşdırılmış süd
1 paket vanilli şəkər
2 x.q. Amaretto likörü (zövqə görə)

Hazırlanması:
Jelatinin üzərinə portağal şirəsi töküb 30-40 dəqiqə saxlayın. Tayqulpda tam əriyənədək qızdırın (qaynatmaq olmaz), soyudun.

Manqonu təmizləyin, dənəsini çıxarıb lətini kubik doğrayın.

Portağalı təmizləyin, plyonkalarını təmizləyib dilimləyin.

Manqonu blenderdə püre halına salın. Portağal dilimlərini əlavə edib yenə çalın (portağal bir az diri qalmalıdır). Bu püreni dərin qaba töküb limon şirəsi və əridilmiş jelatini əlavə edib qaşıqla yaxşı qarışdırın (jelatin püredə bərabər paylanmalıdır). Qatılaşması üçün bir qədər saxlayın.
Pürenin yarısını iki formaya töküb soyuducuya qoyun.

Yumurta sarılarını şəkər tozu ilə ağarıncayadək çalın, su hamamında 5 dəqiqə, şəkər tozu tam əriyənədək möhkəm çalın. Soyudun. Otaq temperaturunda olan maskarponeni hissə-hissə yumurtalı kremlə çalın, likör əlavə edin. Kütlə qatı xama kimi olmalıdır.

Qaymağı qatılaşdırılmış südlə möhkəm çalın.

Maskarponeli kremlə qaymağı qarışdırıb mikserlə orta sürətdə 10-15 saniyə çalın (eynicinsli və havalı olması üçün). Bir az qatılaşması üçün soyuducuya qoyun.

Yumurta ağlarını 1 çimdik duzla çalın, 0,5 ç.q. limon şirəsi əlavə edib yenə çalın, vanilli şəkər əlavə edin. Həcmi artıb möhkəm köpüklənməlidir. Bunu pendirli-qaymaqlı qarışığa qaşığın yardımı ilə qatın (qaşığı altdan-yuxarı hərəkət etdirməklə).

Formalardakı donmuş meyvə püresinin üzərinə pendirli-qaymaqlı kütlənin yarısını qoyun, dondurucuda 30 dəqiqə saxlayın.

Bunun üzərinə meyvəli pürenin qalanını döşəyin. Dondurucuda daha 10 dəqiqə saxlayın.
Növbəti lay kremin qalanıdır - meyvə püresi qatının üstündən çəkib hamarlayın. Üzərinə kivi dilimləri düzün. Üzərinə qida plyonkası çəkin. Ən az 4 saat dondurucuda saxlayın.

Süfrəyə verməzdən yarım saat əvvəl dondurucudan çıxarıb soyuducuya qoyun.

Zövqünüzə görə meyvələrlə bəzəyə bilərsiniz.

Siciliya günəşi altında resepti - FOTO RESEPT

Siciliya günəşi altında resepti - FOTO RESEPT

Siciliya günəşi altında resepti - FOTO RESEPT

Siciliya günəşi altında resepti - FOTO RESEPT

Siciliya günəşi altında resepti - FOTO RESEPT

Siciliya günəşi altında resepti - FOTO RESEPT

Siciliya günəşi altında resepti - FOTO RESEPT

Siciliya günəşi altında resepti - FOTO RESEPT

Siciliya günəşi altında resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çalın, şirəsi, əlavə, saxlayın, dəqiqə, şəkər, portağal, qoyun, üzərinə, töküb, soyuducuya, möhkəm, limon, yarısını, jelatin, çıxarıb, Manqonu, təmizləyin, Yumurta, hissəni
BİZİ İZLƏYİN