• Şokoladlı məxmər tartı resepti

Reseptin məlumatları Baxış sayı: 14 475

Tarix : 20-11-2015, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 fincan xırdalanmış şokoladlı peçenye
1/3 fincan əridilmiş kərə yağı

iç:
340 q tünd şokolad
6 yumurtanın sarısı
1 3/4 st. 35%-li qaymaq
vanil

krem:
0,5 st. yumşaldılmış kərə yağı
3 st. şəkər pudrası
1 çimdik duz
3 x.q. kakao
3-4 x.q. süd
fincan = 250 ml
forma = 21-23 sm

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Xırdalanmış peçenyeni əridilmiş kərə yağı ilə qarışdırın. Kənarları açılan formanı yağlayıb qarışığı içinə bərabər yayın, kənarlarını qaldırın. Sobada 10 dəqiqə bişirdikdən sonra çıxarıb soyudun.

Şokoladı su hamamında əridin, çalın. Soyudun. Yumurta sarılarını qaymaq və vanillə çalın, çalmağı dayandırmadan nazik axınla şokoladı əlavə edin, eynicinsli kütlə alınanadək çalın.

İçi formadakı korjun içinə töküb 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bu müddətdən sonra onun ortası azacıq yumşaq olacaq, amma tam soyuyandan sonra bərkiyəcək. Tart otaq temperaturunda tam soyuyandan sonra bir gecə soyuducuda saxlayın.

Krem:
Yağı çalın, tədricən şəkər pudrasını, kakao və südü əlavə edin. Süd az və ya çox lazım ola bilər, krem qatı olmalıdır. Kremi qənnadı torbasına doldurub "ulduz" ucluğu ilə soyumuş tartın üzərini bəzəyin.

Nuş olsun!
Etiketlər: çalın, sonra, fincan, kakao, dəqiqə, dərəcə, içinə, soyuyandan, qaymaq, şəkər, əridilmiş, əlavə, bişirin, dayandırmadan, müddətdən, şokoladı, azacıq, axınla, ortası, sobada
BİZİ İZLƏYİN