• Kapuçino braunisi resepti

Reseptin məlumatları Baxış sayı: 17 540

Tarix : 6-05-2016, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
brauni:
113 q tünd şokolad
85 q kərə yağı
1 x.q. espresso (0,5 x.q. qaynar suda əridin)
170 q şəkər tozu
1 ç.q. vanil
2 yumurta
60 q un
1/4 ç.q. duz
1/2 fincan qoz

krem:
113 q qaymaqlı pendir (cream cheese)
40 q yağ
85 q şəkər pudrası
1/2 ç.q. vanil
1/2 ç.q. darçın

şokoladlı qlazur:
85 q tünd şokolad
1 x.q. yağ
60 ml yağlı qaymaq
2 1/4 ç.q. espresso (1/2 x.q. qaynar suda əridin)

Hazırlanması:
Brauni:
Sobanı 180 dərəcə qızdırın. 20x20 sm ölçüdə kvadrat formanı yağlayıb içinə un səpin.

Vam odda şokolad, yağ və suda əridilmiş qəhvəni qarışdıraraq əridin. Eynicinsli kütlə alınanda ocaqdan götürün. Bir qədər soyudandan sonra şəkər tozu ilə vanil qatın, bir-bir yumurtaları əlavə edin. Parıltılı, hamar kütlə alınanadək çalın. Üzərinə un ələyin, duz qatın, yüngüclə qarışdırıb qozu əlavə edin.

Xəmiri formaya yayıb 22-25 dəqiqə bişirin. Hazır olub-olmadığını çöplə yoxlayın. Şəbəkənin üzərində soyudun.

Krem: Qaymaqlı pendiri yağla çalın, rəngi açılıb həcmi artanda şəkər pudrası, vanil və darçın əlavə edib yenə çalın.

Kremi brauninin üzərinə bərabər yayın.
Soyuducuda 1 saat saxlayın.

Qlazur: Su hamamında şokolad, yağ, qaymaq və suda həll etdiyiniz qəhvəni qarışdıraraq əridin. Eynicinsli kütlə alınanda götürün, otaq temperaturunadək soyudun.

Kremin üzərindən çəkin, braunini ən az 3 saat soyuducuda saxlayın.

Soyuq halda 24 yerə doğrayın, formadan çıxarın. Süfrəyə soyuq halda, yaxud otaq temperaturunda verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şokolad, əridin, şəkər, vanil, əlavə, çalın, kütlə, darçın, qatın, qaymaq, götürün, qarışdıraraq, Eynicinsli, alınanda, saxlayın, qəhvəni, pudrası, halda, qaynar, espresso
BİZİ İZLƏYİN