• Baunti ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 19 049

Tarix : 21-11-2015, 13:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q peçenye
20 q şəkər tozu
2 x.q. kakao
100 ml su
80 q kokos yonqarı
80 q kərə yağı
60 q şəkər pudrası

Hazırlanması:
Peçenyeni xırdalayın, kakao əlavə edib qarışdırın. Şəkər tozunu qaynar suda əridib peçenye ovuntuğunu qarışdıraraq tədricən əlavə edin. Orta bərklikdə kütlə alınacaq.
Kərə yağını şəkər pudrası ilə çalın, kokos yonqarını əlavə edib qarışdırın. Qida plyonkasının üzərinə peçenyeli kütləni qoyun, hamarlayın, üzərinə kokoslu kremi çəkin. Rulet kimi bükün. Dondurucuda 1 saat saxlayın.
Süfrəyə verərkən iti bıçaqla doğrayın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, kakao, pudrası, qarışdırın, kokos, peçenye, üzərinə, plyonkasının, kremi, kokoslu, qoyun, çəkin, kütləni, peçenyeli, hamarlayın, Dondurucuda, bıçaqla, doğrayın, olsun
BİZİ İZLƏYİN