• Gilənarlı mannı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 16 878

Tarix : 23-11-2015, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
150 q mannı
150 ml qatıq
150 q şəkər tozu
100 q kərə yağı
500 q gilənar
1 limon
2 x.q. un
1 ç.q. qabartma tozu

Hazırlanması:
Yumurtaları 100 q şəkər tozu ilə ağarıncayadək çalın. Əridilmiş kərə yağı, qatıq, mannı, qabartma tozu və unu əlavə edin. Limonun sedrasını sürtgəcdən keçirib xəmirə əlavə edin, mikserlə çalın. Xama qatılığında xəmir alınmalıdır.

Xəmiri iki 20 sm diametrli və ya bir iri yağlanmış formaya tökün. Gilənarı yuyun, dənəsini çıxarın. Gilənarları yarıyadək xəmirə batırın. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, qızılı rəng alanadək bişirin.

Piroq bişən müddətdə şərbətini hazırlayın: limonun şirəsini sıxın, tayqulpa töküb 50 q şəkər tozu, 100 ml su tökün, qaynara düşəndən sonra 5 dəqiqə vam odda bişirin.

Bişmiş piroqi sobadan çıxarın, diş çöpü ilə üzərində çoxlu deşiklər açın, qaşıqla qaynar şərbəti üzərinə gəzdirin.

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, əlavə, tökün, bişirin, çıxarın, çalın, xəmirə, qatıq, mannı, qabartma, şərbətini, hazırlayın, limonun, sıxın, şirəsini, müddətdə, alanadək, qızılı, olsun
BİZİ İZLƏYİN