• Kokoslu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 23 872

Tarix : 24-11-2015, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
1 yumurta
1 st. qatıq
3/4 st. şəkər tozu
10 q qabartma tozu
1,5 st. un

iç:

3/4 st. şəkər tozu
100 q kokos yonqarı
1 paket vanilli şəkər

əlavə:
1 st. 20%-li qaymaq

Hazırlanması:
Xəmir üçün olan ərzağı qarışdırıb formaya tökün.

İç üçün olan ərzağı qarışdırıb xəmirin üzərinə bərabər qaydada səpin.

180-200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Çalışın, kokos yonqarı qızarmasın. Bişməyə başlayandan 10 dəqiqə sonra piroqun üzərinə folqa çəkə bilərsiniz ki, yanmasın.

Piroq hazır olanda qaynar-qaynar üzərinə 1 st. 20%-li qaymaq tökün.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, qaymaq, ərzağı, qarışdırıb, tökün, yonqarı, kokos, qaynar, dəqiqə, bişirin, başlayandan, Çalışın, qızarmasın, Bişməyə, sonra, folqa, hazır, olanda, olsun
BİZİ İZLƏYİN