• Karamel souslu bananlı piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 957

Tarix : 2-12-2015, 10:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
125 q kərə yağı
170 q şəkər tozu
2 yumurta
vanil
100 q xama
150 q un
1,5 ç.q. qabartma tozu
1 yetişmiş banan
10 q tünd patoka və ya qəhvəyi şəkər tozu

karamel sousu:
100 ml 35%-li qaymaq
100 q şəkər tozu

Hazırlanması:
Sobanı 200 dərəcəyədək qızdırın.
Yağ, şəkər tozu və vanili mikserin orta sürətində rəngi açılınca çalın.
Yumurtaları bir-bir əlavə edin. Xama, sonra isə unla qabartma tozu əlavə edib eynicinsli kütlə alınanadək çalın.
Bananı çəngəllə, yaxud blenderdə əzin, üzərinə patoka tökün (yoxdursa, qəhvəyi şəkər), xəmirə qatın.
Xəmiri formaya töküb 40 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpüylə yoxlayın.
Qalın dibli tavada şəkəri kəhrəba rəngi alanadək əridin.
Eyni zamanda qaymağı da qaynayınca qızdırın. Qaynar qaymağı karamelin üzərinə töküb eynicinsli kütlə alınanadək qarışdırın.
Əgər karamel sousu eynicinsli olmadısa, yaxud rəngi çox açıqdırsa, ocağın üstündə daha 2 dəqiqə saxlayın.
Bişmiş piroqu sobadan çıxarıb 10 dəqiqə soyudun. Qaba qoyun, təxminən 40 yerdən çöp batırın. Piroq istiykən karamel sousunu üzərinə tökün.

Karamel souslu bananlı piroq resepti - FOTO RESEPT

Karamel souslu bananlı piroq resepti - FOTO RESEPT

Karamel souslu bananlı piroq resepti - FOTO RESEPT

Karamel souslu bananlı piroq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, eynicinsli, rəngi, karamel, üzərinə, dəqiqə, çalın, qaymağı, kütlə, töküb, qızdırın, yaxud, alınanadək, tökün, əlavə, qabartma, patoka, sousu, qəhvəyi, qaynayınca
BİZİ İZLƏYİN