• Çiyələkli-badamlı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 15 811

Tarix : 22-04-2016, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
1,5 ç.q. qabartma tozu
3 yumurta
200 q çiyələk
180 q şəkər tozu
50 ml bitki yağı
250 ml yağlı qaymaq (38%)
1 ç.q. darçın (darçın əvəzinə vanil də istifadə edə bilərsiniz)
badam yonqarı

Hazırlanması:
Qaymağı bərk krem halına düşənədək çalın. Yumurta ağı ilə şəkər tozunu ayrıca çalın, sonra çalınmış qaymaqla birləşdirin.
Unu qabartma tozu və darçınla qarışdırın. Qaymaqlı qarışığı, həmçinin bitki yağını əlavə edib yaxşıca qarışdırın.
Çiyələyi doğrayın.
Xəmirin bir hissəsini yağlanmış formayı qoyub yayın. Çiyələyin yarısını bərabər qaydada düzün. Üzərinə yenə xəmir yayın və çiyələyin qalanını düzün. Üstünə badam yonqarı səpin.
180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: badam, qarışdırın, yonqarı, düzün, çalın, darçın, yayın, qabartma, bitki, şəkər, qaydada, Xəmirin, yağlanmış, Üzərinə, bərabər, yarısını, Çiyələyin, qoyub, formayı, hissəsini
BİZİ İZLƏYİN