• Giləmeyvə piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 089

Tarix : 8-12-2015, 21:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
110 q şəkər tozu
2 yumurta
380 q un
200 q kərə yağı

iç:
120-160 q şəkər tozu
800 q giləmeyvə (təzə, yaxud dondurulmuş)
2 alma
3 x.q. nişasta

üzərinə:
20 q kərə yağı

Hazırlaması:
Giləmeyvəni yuyun, iri dənəlidirsə, dənəsini çıxarın. 2 yerə bölün. Bir hissəni qazana töküb şirəsi quruyanadək bişirin.

Xəmir: kərə yağını xırda doğrayıb unla ovun. Şəkər tozu əlavə edin. Vanil də qatmaq olar. Qarışdırıb yumurta vurun, xəmir yoğurun.

Soyuducuda 30 dəqiqə saxlayın.

Almanı sürtgəcin xırda gözündən keçirin, sıxın. Bişirdiyiniz və bişirmədiyiniz giləmeyvəni, almanı qarışdırın, nişasta əlavə edin. Əgər qarışıq durudursa, niqastanın qədərini artırın. Şəkər tozu əlavə edin. Əgər giləmeyvə çox turşdursa, 160, şirindirsə - 120 q şəkər tozu götürün. Qarışdırın.

Kənarı açılan 24 sm-lik formanın içinə perqament döşəyin.

Xəmiri iki bərabər olmayan hissəyə bölün. Böyük hissəni təxminən 30 sm diametrdə yayın. Formanın içinə döşəyin, kənarlarını qaldırın. İçi töküb yayın.

Xəmirin qalanını 25-26 sm ölçüdə yayın. Forma ilə fiqurlar kəsin.

Xəmiri oxlovun köməyilə piroqun üzərinə çəkin. Kənarlarını bitişdirin, fiqurları üzərinə düzün.

Üzərinə yumurta ağı çəkin. Kəsdiyiniz fiqurların yerinə kərə yağı qoyun (bu, bişən zaman için yayılmaması üçündür).

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə, üzəri qızaranadək bişirin.

Formanı sobadan çıxarın, iti bıçaqla kənarlarından keçin, qırağını açın.

Otaq temperaturunda soyuyandan sonra bir qədər soyuducuda saxlayın.

Giləmeyvə piroqu resepti - FOTO RESEPT

Giləmeyvə piroqu resepti - FOTO RESEPT

Giləmeyvə piroqu resepti - FOTO RESEPT

Giləmeyvə piroqu resepti - FOTO RESEPT

Giləmeyvə piroqu resepti - FOTO RESEPT

Giləmeyvə piroqu resepti - FOTO RESEPT

Giləmeyvə piroqu resepti - FOTO RESEPT

Giləmeyvə piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, üzərinə, əlavə, şəkər, yayın, çıxarın, xəmir, dəqiqə, bölün, hissəni, töküb, çəkin, bişirin, Şəkər, döşəyin, giləmeyvə, Xəmiri, içinə, saxlayın, nişasta
BİZİ İZLƏYİN