• Armudlu-şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 15 367

Tarix : 5-12-2015, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 armud
3+1/3 fincan un
1/2 fincan şəkər tozu
2/3 fincan kakao tozu
2 ç.q. qabartma tozu
2 ç.q. darçın
1 ç.q. soda
2 yumurta
2 fincan qatıq
1/2 fincan bitki yağı

əlavə:
1 x.q. un
1 x.q. kakao tozu
1/2 ç.q. darçın

Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın. Dördbucaqlı, kənarları hündür formanı yağlayın.

3+1/3 fincan un, kakao, qabartma tozu, darçın, soda və yarım fincan şəkər tozunu qarışdırın.

Yumurtaları ayrı qabda çalın, quru qarışıqla birləşdirin, xəmiri formaya tökün.

Armudları ortadan bölün, cecəsini çıxarın, amma saplaqlarını saxlayın.

1 x.q. un, 1 x.q. kakao və darçını qarışdırın. Armud dilimlərini hərtərəfli bu qarışığa batırın. Sonra isə saplaqları çöldə olmaq şərtilə xəmirə batırın.

Sobada 50 dəqiqə bişirin.

Soyudun, üzərinə şokoladlı qlazur çəkin.

Nuş olsun!
Etiketlər: fincan, kakao, darçın, qarışdırın, batırın, qabartma, şəkər, hərtərəfli, qarışığa, Sonra, dilimlərini, saplaqlarını, çıxarın, cecəsini, saplaqları, saxlayın, darçını, Armud, xəmirə, şokoladlı
BİZİ İZLƏYİN