• Zebra piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 84 236

Tarix : 16-06-2014, 17:42

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Şəkər 2 stəkan
Yumurta 5 ədəd
Kərə yağı 200 qr.
Xama 1 stəkan
Un 2 stəkan
Kakao 2 xörək qaşığı

Hazırlanması:
Yumurtanı ağarana kimi şəkərlə birlikdə çalın. Un, soda, bir az ərimiş kərə yağı və xama əlavə edib yavaş-yavaş qarışdırın. Hazır xəmiri iki hissəyə bölün. Bir hissəyə 2 xörək qaşığı un, ikinci hissəyə isə 2 qaşıq kakao əlavə edin. Sonra qarışımları yağlı tavaya növbə ilə dairə formasında tökməyə başlayın. Qətiyyən qarışdırmayın.
200 dərəcədə yarım saat bişirin.
Qeyd: əgər piroqun üst hissəsi bişib, iç hissəsi çiy qalıbsa, üstünü falqa kağızı ilə örtün, 180 dərəcədə bişməyə qoyun.

Nuş olsun!
Etiketlər: hissəyə, stəkan, əlavə, yavaş, dərəcədə, qaşığı, hissəsi, xörək, qarışdırmayın, olsun, qoyun, Qətiyyən, başlayın, dairə, formasında, tökməyə, yarım, piroqun, üstünü, falqa
BİZİ İZLƏYİN