• Almalı pankeyk resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 923

Tarix : 25-12-2015, 13:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1/2 st. un
1 x.q. şəkər tozu
1/4 ç. q. qəhvəyi şəkər tozu
1/4 ç.q. darçın
2 yumurta
1 ç. q. vanil ekstraktı
2 x.q. kərə yağı
4 alma
1 ç.q. laym şirəsi
şəkər pudrası (üzərinə)
1/3 st. süd
1/3 st. yağlı qaymaq

Hazırlanması:
Sobanı 260 dərəcə qızdırın.

Almaları təmizləyib nazik dilimləyin.

Kasada un, adi və qəhvəyi şəkər tozunu qarışdırın.

Başqa qabda yumurta, süd, qaymaq, laym şirəsi və vanil cövhərini qarışdırın. Eynicinsli kütlə alınanadək çalın.

Duru və quru qarışıqları birləşdirib çalın.

Tavanı orta itilikli ocağın üstünə qoyun. Kərə yağını əridin.

Tavaya alma dilimlərini töküb üzərinə qəhvəyi şəkər tozu və darçın səpin.

Almalar yumşalıb qızılı-qəhvəyi rənd alanadək (təxminən 10 dəqiqə) bişirin.

Yumurtalı-südlü qarışığı almaların üzərinə töküb tavanı qızdırılmış sobaya qoyun.

Sobanın istiliyini 225 dərəcəyədək azaldıb pankeyki təxminən 18 dəqiqə bişirin. Pankeykin kənarları qəhvəyi rəngdə olmalıdır.

Çıxarıb kənarlarını bıçaqla tavadan ayırın. Boşqaba tərs çevirib üzərinə şəkər pudrası səpin.

Almalı pankeyk resepti - FOTO RESEPT

Almalı pankeyk resepti - FOTO RESEPT

Almalı pankeyk resepti - FOTO RESEPT

Almalı pankeyk resepti - FOTO RESEPT

Almalı pankeyk resepti - FOTO RESEPT

Almalı pankeyk resepti - FOTO RESEPT

Almalı pankeyk resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, qəhvəyi, üzərinə, çalın, qarışdırın, töküb, təxminən, bişirin, dəqiqə, qaymaq, səpin, qoyun, yumurta, darçın, şirəsi, vanil, pudrası, tavanı, qızdırılmış, sobaya
BİZİ İZLƏYİN