• Şaftalı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 50 240

Tarix : 16-06-2014, 17:46

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un 230 q
Yumurta – 2 ədəd
Kərə yağı 110 q
Şəkər tozu 200 q
Xama 200 q
Soda 1 ç.q.
Qabartma tozu 1 ç.q.
Duz bir çimdik
Vanil 10 q

İçlik üçün:
Şaftalı 3 ədəd (yetişmiş)
Şəkər tozu 60 q
Qoz ləpəsi 60 q
Darçın 1 ç.q.

Hazırlanması:
Xəmiri hazırlamaq üçün: kərə yağı və şəkər tozu mikserlə ağaranacan çalınır.
Kütləyə yumurta əlavə edilib yenidən çalınır.
Proses xama əlavə olunaraq yenidən təkrarlanır.
Un, vanil, qabartma tozu, soda, duz qarışdırılıb çalınmış kütləyə əlavə edilir və taxta qaşıqla qarışdırılır.
İçliyi hazırlamaq üçün: qabığı soyulmuş şaftalı dilimlənir, qoz ləpəsi orta böyüklükdə doğranılır, darçının üzərinə şəkər tozu əlavə edilir və qarışdırılır.
Xəmir iki hissəyə bölünür.
Kalka sərilmiş fomaya xəmirin bir hissəsi yayılır, üzərinə şaftalı dilimləri düzülür, şəkərli darçın və doğranılmış qoz səpilir.
İçliyin üzərindən ikinci xəmir hissəsi yayılır və yenidən birinci prosesdə olduğu kimi içlik qoyulub öncədən 180 dərəcəyədək qızdırılmış sobada 1 saat ərzində hazırlanır.

Nuş olsun!
Etiketlər: əlavə, yenidən, hazırlamaq, qarışdırılır, yayılır, şəkər, edilir, hissəsi, ləpəsi, üzərinə, Şəkər, şaftalı, çalınır, darçın, şəkərli, dilimləri, düzülür, xəmirin, hissəyə, Xəmir
BİZİ İZLƏYİN