• Doyumlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 68 308

Tarix : 16-06-2014, 17:47

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4-5 ədəd alma (1 kq)
120-150 qram kərə yağı
1-2 ç.q. şəkər tozu ( və yaxud vanil şəkəri)

Quru qatışıq üçün:
1 stəkan un
1 stəkan manna yarması
1 stəkan şəkər tozu
1,5-2 ç.q qabartma tozu
1 ç.q vanil şəkəri

Hazırlanması:
Quru qatışığı hazırlamaq üçün: unu qabartma tozu ilə qarışdırıb, ələkdən keçirin. Sonra üzərinə şəkər tozu, manna yarması və vanil şəkəri əlavə edib, yaxşıca qarışdırın.
Almaları yuyub, təmizləyib, sürtkəcin iri gözündən keçirin.
Bişirmək üçün xüsusi forma qabına hazırladığınız quru qatışığı və sürtkəcdən keçirilmiş almaları ardıcıl formada laylarla yerləşdirin: əvvəl quru qatışıqdan töküb, sonra üstündən sürtkəcdən keçirilmiş almaları bərabər şəkildə yayın. Beləcə forma qabı dolana qədər layları ardıcılıqla təkrarlayın. Sonuncu lay- quru qatışıq olmalıdır.
Dondurulmuş kərə yağını sürtkəcin iri gözündən keçirib, piroqun üzərinə səpin.
Piroqu 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Etiketlər: şəkəri, vanil, şəkər, sürtkəcin, üzərinə, keçirin, gözündən, sürtkəcdən, almaları, qatışığı, forma, keçirilmiş, yarması, manna, qatışıq, qabartma, stəkan, ardıcılıqla, layları, təkrarlayın
BİZİ İZLƏYİN