• Kəsmikli yay piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 21873

Tarix : 17.06.2014, 01:06

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qram kərə yağı
1 ədəd yumurta
1/3 şəkər tozu
1 ç.q. qabartma tozu
0,5 ç.q. vanil şəkəri
1,5 stəkan un
1 ç.q. kakao

Kəsmikli iç üçün:
500 qram kəsmik
3 ədəd yumurta
0,5 stəkan şəkər tozu
1 ç.q. nişasta
30 qram kərə yağı
kişmiş, qoz ləpəsi, limon qabığı (sedra), qara gavalı, qaysı qurusu

Hazırlanması:
Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın.
Boşqabda yumuşaldılmış kərə yağın üzərinə şəkər tozu, kakao, yumurta və vanil şəkəri əlavə edib, yaxşıca qarışdırın. Sonra tədricən un əlavə edib, xəmir yoğurmağa başlayın.
Xəmirin 1/3 hissəsini ayırıb, dondurucu kameraya qoyun. Qalan xəmirin 2/3 hissəsini isə yayıb, bişirmək üçün xüsusi forma qabına yerləşdirin.
Kişmiş və yaxud digər quru meyvələri yuyub, xırda-xırda doğrayın. Yumurtanın ağını sarısından ayırıb, soyuducuya yerləşdirin. Yumurtanın sarısını isə yaxşıca çalın. Kəsmiyi qaşıqla əzib, üzərinə şəkər tozu, vanil şəkəri əlavə edib, qarışdırın. Sonra kəsmiyin üzərinə əridilmiş kərə yağı, nişasta və yumurtanın sarısını tökərək, yenidən qarışdırmağa davam edin.
Hazırladığınız qarışığın içinə xırda doğranılmış kişmiş və ya başqa quru meyvələri əlavə edib, qarışdırın.
Soyudulmuş yumurta ağını mikserlə çalıb, kəsmikli qarışığın üzərinə tökərək, yaxşıca qarışdırın.
Hazırladığınız kəsmikli içi xəmirin üzərinə tökərək, bərabər şəkildə yayın.
Dondurulmuş xəmiri soyuducudan çıxarıb, sürtkəcin iri gözündən keçirərək, kəsmikli için üzərindən səpin.
Piroqu 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Etiketlər: qarışdırın, üzərinə, yumurta, şəkər, əlavə, xırda, kəsmikli, yaxşıca, tökərək, şəkəri, vanil, hissəsini, ağını, sarısını, ayırıb, xəmirin, Yumurtanın, yerləşdirin, Hazırladığınız, qarışığın
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Rufush Aliyeva
qeweydi twkler
17 iyun 2014 23:57
2
Uşaq ikən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə hansı oyunu oynayacaq deyə düşünürük
Offline
melek5
ne qeweydi hazirlayan olsa yeyerdim twkler
17 iyun 2014 21:32
1
BİZİ İZLƏYİN




Yandex.Metrica