• Taten piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 22 748

Tarix : 17-06-2014, 01:07

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 kq gavalı
2 x.q. qoz ləpəsi
40 qram kərə yağı
0,5-0,75 stəkan şəkər tozu

Xəmir üçün:
270-300 qram un
200 ml süd
5-6 x.q. şəkər tozu
1,5-2 ç.q. qabartma tozu
2 ədəd yumurta
50-60 qram kərə yağı
Bir çimdik vanilin

Hazırlanması:
Gavalıları yuyub, 2 hissəyə bölərək, tumlarını çıxardın.
Qoz ləpəsini xırdalayın.
Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın.
Sonra üzərinə şəkər tozu və vanilin əlavə edib, yaxşıca qarışdırın.
Yumşaldılmış kərə yağın üzərinə süd, yumurta əlavə edib, mikserlə çalın. Sonra üzərinə tədricən unu tökərək, xəmiri yoğurun.
Xəmir qatı xama kimi olmalıdır.
Tavaya kərə yağı töküb, üzərinə şəkər tozu əlavə edərək qaynadın.
Sonra gavalıları kəsilmiş hissəsindən yerləşdirərək 3-4 dəqiqə ərzində güclü odda bişirin.
Bişən gavalıların üzərinə xırdalanmış qoz ləpəsi səpib, odun üzərindən götürün. Sonra gavalıların üstündən xəmiri tökün.
Piroqu 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin.
Piroqun bişməyini bilmək üçün, kibrit çöpü ilə piroqun üzərinə basaraq, yoxlaya bilərsiz.
Bişmiş piroqu boşqabda çevirin. Bunun üçün piroqun üzərinə boşqab qoyaraq, səliqəli formada çevirin.

Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, Sonra, əlavə, çevirin, qarışdırın, gavalıların, xəmiri, piroqun, dəqiqə, bişirin, qabartma, Xəmir, vanilin, yumurta, ləpəsi, ərzində, tökün, dərəcə, qızdırılmış
BİZİ İZLƏYİN