• Almalı pankek resepti

Reseptin məlumatları Baxış sayı: 14 499

Tarix : 5-06-2016, 11:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un – 2 st.
Süd – 1.5 st.
Şəkər – 1 x.q.
Qabartma tozu – 1 paket
Yumurta – 1 ədəd
Kərə yağı – 3 x.q.
Alma (sürtgəcdən keçirilmiş) – 1-1.5 ədəd

Alma sousu üçün:
Alma – 2 ədəd
Şəkər – 3 x.q.
Darçın – 1 ç.q.
Su – 2-3 x.q.

Hazırlanması:
İçliyin hazırlanması:
Bütün ərzaqları bir qaba əlavə edib yaxşıca qarışdırın. Nə çox qatı, nə də ki, çox duru məhlul alınmalıdır. Sonra almaları sürtgəcdən keçirdin və xəmirin içinə əlavə edin, qarışdırın. Yapışmayan tavanı əvvəlcədən isidin, bir damla bitki yağı ilə yağlayın. Bu prosesi salfetin yardımı ilə edin ki, həm yağ tam hər tərəfə yayılsın, həm də ki, əliniz yanmasın. Sonra bir çömçə vasitəsilə xəmirdən pankek bişirmək üçün olan (blinçik tavası) tavaya tökün və çalışın ki, xəmir nə nazik yayılsın, nə də ki, qalın. Xəfif rəngi saralınca tərs üzünə çevirin. Bütün içlik bu şəkildə bişirilir.

Alma sousunun hazırlanması
Almaları yuyub, qabıqlarını soyun və kiçik kub şəklində doğrayıb, üzərinə də şəkər və darçını əlavə edib aşağı odda bişirmək lazımdır. Əgər almalar yumşalmazsa 2-3 x.q. su əlavə edin və bişirməyə davam edin. Almalar yumşaldıqdan sonra çəngəl vasitəsilə əzərək püre halına gətirin ya da ki, elə olduğu kimi qalsın. Hazırladığınız bütün pankekləri üst-üstə yığın və alma sousunu üzərində gəzdirib servis edin.

Nuş olsun!

/ Nuranənin mətbəxi /
Etiketlər: əlavə, yayılsın, vasitəsilə, Bütün, Şəkər, sürtgəcdən, Sonra, qarışdırın, bişirmək, hazırlanması, şəklində, darçını, aşağı, şəkər, üzərinə, soyun, doğrayıb, kiçik, lazımdır, içlik
BİZİ İZLƏYİN