• Fransız üsulu almalı keks (Qateau basque) resepti

Reseptin məlumatları Baxış sayı: 12 853

Tarix : 11-06-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan yarım stəkan un
100 qram marqarin (marqarin otaq temperaturunda olmalıdır)
3/4 stəkan toz şəkər
1 ədəd yumurta
1 kiçikqaşıq vanil
4 ədəd böyük ölçüdə alma

İçlik üçün:
1/2 stəkan şəkər tozu.
1 kiçik qaşıq darçın

üzəri üçün:
Yumurta sarısı

Hazırlanması:
(Qateau basque) bişirilmə qaydası:
Marqarin və şəkər mikserdə çırpılır və krema qatılığına gətirilir. Əvvəlcə yumurta, sonra isə qalan bütün xammallar buraya əlavə edilir. Xəmir hazırlanır. Yumşaf qatılıqdakı xəmir soyuducu torbasına sarılır və soyuducuda ən az bir saat gözlədilir.

Duxovka 180 dərəcəyə fan çalışdırılan vəziyyətdə ön isitməli olaraq isidilir.

Fransız üsulu almalı keks (qateau basque) içliyi hazırlamağa sıra geldi. İçliyi hazırlamaq üçün əvvəlcə almalar yuyulur, qabıqları soyulur. Doğranır, içərisindəki çiyid və bərk hissəciklərdən təmizlənir. Ocağa qoyulur. İçərisinə darçın və şəkər tozu əlavə edilir. Şumşalana qədər bişirilir. Bundan sonra soyuması gözlənilir.

Mətbəx masasının üzərinə un səpilir. Xəmir unlu masanın üzərində açılır. Qəlibə uyğun ölçüdə qəlibin dibinə açılmış xəmir qoyulur. üzərinə içlik materialı qoyulur. Xəmirdən qapaqcıq hazırlanır və içliyin üzəri örtülür. Bundan sonra qapaqcığın üzərinə yumurta sarısı sürülür.

Bundan sonra isti duxovkada təqribən 20 dəqiqə bişirilir.

İlıq halda servis edilə bilər.

Nuş olsun!
Etiketlər: şəkər, basque, stəkan, sonra, üsulu, almalı, Qateau, qoyulur, Fransız, Bundan, yumurta, üzərinə, əlavə, edilir, sarısı, hazırlanır, üzəri, bişirilir, xəmir, darçın
BİZİ İZLƏYİN