• Dadlı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 41 899

Tarix : 12-06-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Maye yağ: 1 stəkan
Qazlı mineral su: 1 stəkan
Yumurta: 4 ədəd
Şəkər tozu: 2 stəkan
Vanil: 1 ədəd
Un: 4 stəkan
Qabartma tozu: 1 paket
Filas və ya mandarin: 50 qram

Hazırlanması:
Piroq dadlı hazırlamaq üçün əvvəlcə bir qabda yumurtaları qırırıq. Yumurtaların üzərinə şəkər tozunu əlavə edirik və yaxşıca çırpırıq. Yumurta ilə şəkər tozu tam qarışmalıdır. Şəkərli yumurtanın üzərinə maye yağ və qazlı mineral suyu da əlavə edirik və bunları da yaxşıca qarışdırırıq.

Bir başqa qaba un qoyuruq. Bu una vanil və qabartma tozunu da əlavə edirik və qarışdırırıq. Daha sonra bu un, vanil və qabartma tozu qarışığına əvvəlcədən hazırladığımız yumurtalı qarışığı əlavə edirik və qarışdırıb xəmiri hazırlayırıq.

Bundan sonra piroqu bişirəcəyimiz qəlibi yaxşıca yağlaırıq. hazırladığımız yağlı xəmiri qəlibə tökürük. Xəmiri qəlibə yerləşdirdikdən sonra üzərinv mandarin və ya gilası düzürük.

Duxovkanı 180 dərəcəyə isidirik. 180 dərəcə isidilmiş duxovkada piroqu 40-45 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, stəkan, yaxşıca, sonra, xəmiri, hazırladığımız, tozunu, qəlibə, piroqu, qabartma, vanil, üzərinə, qarışdırırıq, şəkər, mandarin, Yumurta, mineral, isidirik, dərəcə
BİZİ İZLƏYİN