• Alma piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 78 051

Tarix : 13-06-2016, 10:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un: 2,5 stəkan
Kərə yağı və ya marqarin: 150 qram
Qatıq: 3 yemək qaşığı
Yumurta: 1 ədəd
Qabartma tozu: 1 paket
Vanil

İçlik üçün:
Alma: 4 – 5 ədəd (almanın ölçüsündən asılı olaraq)
Darçın: 1 kiçik qaşıq
Qoz ləpəsi
Şəkər tozu: 4 qaşıq

Üzəri üçün:
Şəkər kirşanı

Hazırlanması:
Alma Piroqu hazırlamaq üçün əvvəlcə kərə yağını otaq temperaturuna isidin. Bundan sonra yumşalmış kərə yağına qatığı əlavə edin. Bunların üzərinə bir ədəd yumurta qırın. Yumurta, qatıq və kərə yağı mikser vasitəsi ilə qarışdırın. Qarışığa daha sonra vanil və qabartma tozu da əlavə edin. Vanil və qabartma tozu da qarışdırıldıqdan sonra qarışığa ələnmiş un əlavə edirik və xəmir yoğururuq. Yumşaq bir xəmir kütləsi əldə edirik.

İçlik hazırlanması:
İçlik hazırlamaq üçün əvvəlcə almaları soyuruq və bu soyulmuş almaları rəndələyirik. Rəndələnmiş alma kütləsini bir tavaya qoyuruq. Alma rəndəsinə şəkər tozunu da əlavə edirik. Bundan sonra vam odda bişiririk. Daha sonra buraya toz darçın da əlavə edirik.

Alma Piroqu hazırlanması:
Hazırladığımız xəmiri yarıdan çox hissəsini götürürük və yumru kürə şəklində kündə hazırlayırıq. Yumru fırın sinisinin dibini yağlayırıq. Xəmir kündəsini sininin içərisində əlimizlə açırıq və sininin içərisinə tamamən yayırıq.

Bişirib ilıqlaşmış alma içliyini bu açdığımız xəmir kütləsinin üzərinə yayırıq. Qoz ləpəsini əlimizlə qırırıq və onu da alma içliyinin üzərindən səpirik.

Bundan sonra qalan xəmirdən kiçik parçalar qopardırıq və onlardan uzun şəridlər hazırlayırıq. Bu xəmir şəridləri ilə alma piroqu üzərini qəfəs şəklində hörürük.

Duxovkanı əvvəlcədən 180 dərəcəyə isidirik. İsti duxovkaya sinini yerləşdiririk.

Piroq hazır olduqdan sonra fırından çıxardırıq. Soyumasını gözləyirik. Soyuyan piroqun üzərinə şəkər kirşanı səpirik.

Şəkər kirşanı səpildikdən sonra piroq dilimlərə bölünür və bu şəkildə süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: kündəsini, sonra, əlavə, edirik, xəmir, üzərinə, İçlik, kirşanı, Şəkər, Bundan, şəkər, əvvəlcə, hazırlamaq, qabartma, səpirik, hazırlanması, almaları, yayırıq, Piroqu, əlimizlə, vanillə
BİZİ İZLƏYİN