• Yerköklü keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 059

Tarix : 13-06-2016, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd portağal,
250 qram kök,
4 ədəd yumurta,
120 qram şəkər,
12 ml üzüm çəyirdəyi yağı,
1 çay qaşığı vanilin ,
125 qram quru üzüm,
250 qram un.
1 çay qaşığı toz darçın,

Sosu üçün:
1 qutu pendir,
100 qram otaq temperaturunda yumşaq marqarin,
80 qram pudra şəkəri,
120 qram əzilmiş Hind qozu,

Hazırlanması:
Fırını əvvəlcədən 180 dərəcə qızdırın.
Portağalın qabıqlarını rəndələyin və suyunu sıxın.
Kökün qabıqlarını soyduqdan sonra rəndəylə rəndələyin.
Mətbəx robortunda yumurtaları, şəkəri qarışdırın. Üzərinə portağal suyunu və qabıqlarını, üzüm çəyirdəyi yağını və vanilini əlavə edin.
Unu, üzüm yağı və kökü qatdıqdan sonra yenidən qarışdırın. Yağlanmış keks qəlibinin içinə karışığı tökün və 35 dəqiqəyə yaxın bişirin.
Keksi qəlibdən çıxardın və soyumağa qoyun.
Sosun ərzaqlarını qatılaşana qədər qarışdırın və bir spatulayla keksin üzərinə sürtün.
Son olaraq üzərinə Hind qozu səpin.

Nuş olsun!
Etiketlər: qarışdırın, qabıqlarını, sonra, üzərinə, şəkəri, qaşığı, portağal, rəndələyin, suyunu, çəyirdəyi, dəqiqəyə, bişirin, yaxın, qəlibinin, yenidən, qatdıqdan, Yağlanmış, içinə, karışığı, tökün
BİZİ İZLƏYİN