• Qazandibi resepti

Reseptin məlumatları Baxış sayı: 15 616

Tarix : 15-06-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 litr süd
2 şorba qaşığı un
2 şorba qaşığı qarğıdalı nişastası
2 şorba qaşığı düyü unu
1 su stəkanı şəkər
1 çay qaşığı duz
6 yemək qaşığı pudra şəkəri

Hazırlanması:
Dərin bir qabın içinə un, nişasta, düyü ununu qoyub mikserlə yaxşıca qarışdırın.
İçərisinə 1 su stəkanı süd əlavə edib təkrar qarışdırın.
Ayrı bir qazanın içinə qalan südü boşaldın və şəkər ilə duzu əlavə edib ocağa qoyun.
Az atəşdə davamlı qarışdıraraq bişirin qaynamağa başlayan süddən bir çömçə alın və ilk başda hazırladığınız kənarda gözləyən nişastalı qarışığın içinə tökün və qarışdırın.
Ardından nişastalı qarışığı, ocaqda bişən qarşımın içinə tökün və qarışdırın ocaqdakı südlü qarışığı 2 daşam qaynayınca ocaqdan alın.
Qazandibini tökəcəyiniz nimçənin döşəməsinə bolca pudra şəkəri səpin və üzərinə ocaqdan götürdüyünüz qazandibi pudinqini boşaldın.
Nimçəyə ocağa alın və iki tərəfi qızaracaq şəkildə arada önlü arxalı ocaqda qızardın.
Qazandibi şirininin iki tərəfi də qızarınca nimçəni ocaqdan alın daha böyükcə və içi su ilə doldurulmuş başqa bir nimçənin içinə, qazandibi nimçəsini oturdun.
İstiliyi keçincə qaldırıb soyuducuna qoyun və ən az 3 saat gözlədib, xidmət edəcəyiniz zaman dilimlərə bölərək ikram edin.

Nuş olsun!
Etiketlər: keçin, qaşığı, içinə, qarışdırın, şorba, ocaqdan, ocağa, əlavə, qoyun, boşaldın, ocaqda, tərəfi, qazandibi, nimçənin, tökün, nişastalı, qarışığı, pudra, şəkər, şəkəri, stəkanı
BİZİ İZLƏYİN