• Kəsmikli şirin piroq resepti

Reseptin məlumatları Baxış sayı: 20 530

Tarix : 16-06-2016, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 stəkan un
250 qr. marqarin
1ç.q.soda+limonla
3 yumurta sarısı
yarım stəkan şəkər tozu

Piroq Kremi:
200 qr. xama
0.5 kq kəsmik
1 st. şəkər tozu
3 yumurta ağı

Hazırlanması:
Unu dərin qaba töküb marqarini onun üzərinə rəndələyirik. Bu qarışığı bir az yoğurduqda sonra üzərinə yumurta sarısı əlavə edirik. Daha sonra isə yumurta, şəkər tozu, soda, limon əlavə edib qarışdırırıq. Ovuntulu, dağınıq xəmir alınacaq.
Kremi hazırlamaq üçün isə, şəkər tozu yumurta ilə birgə mikserlə qarışdırıb, daha sonra isə kəsmik və xama bir birinə qarışdırılaraq öncədən hazırlanmış qarışımın üzərinə tökürük. Hazırladığınız xəmirdən iki kündə ayırın. Kündənin birini ürəyiniz istiyən formalı bir qaba və yaxud tavaya yayın və üzərinə hazırladığınız kremi çəkin və digər kündəni kremin üzərini bağlamaq üçün üstünə yayın. 30 dəqiqə ərzində 180 dərəcəli sobada bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, üzərinə, şəkər, sonra, Kremi, kəsmik, əlavə, sarısı, stəkan, yayın, formalı, yaxud, tavaya, hazırladığınız, Kündənin, kündə, xəmirdən, Hazırladığınız, ayırın, kremi
BİZİ İZLƏYİN