• Qaragül piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 37 488

Tarix : 21-06-2014, 20:08

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Qaragül piroqu sürtgəc kətəsi və tyortıy piroq adı ilə də tanınır.

Tərkibi:
Xəmir üçün:

4 stəkan yarım un
1 çay qaşığı soda
4 ədəd yumurta – otaq hərarətində
2 stəkan şəkər tozu
100 qram kərə yağı – əridib soyudun

İçi üçün:
2 stəkan hər hansı bir növ turşməzə meyvəmin cemi
2 stəkan ərik cemi + bir ovuc doğranmış qoz ləpəsi

Hazırlanması:
Ölçüsü 33 X 22 sm olan formanın dibini və kənarlarını yağlayın. Bir kasada un və sodanı qarışdırıb, kasanı kənara qoyun.
Qaragül piroqu resepti - FOTO RESEPT


İri bir kasada yumurta və şəkəri qarışana və qaymaq kimi olana qədər mikserlə çalın. Əridilmiş (ərinmiş deyil!) yağı buraya əlavə edib qarışdırın. Unu da tədricən buraya əlavə edib qarışdırın. Əvvəlcə mikserlə çala bilərsiniz, amma daha çox un tökdükdən sonra xəmir bərkiməyə başlayanda, əlinizlə yoğurun. Alınan xəmir bərk olmalı amma bir o qədər de deyil. Əlinizə bir az yapışsa problem olmaz, amma çox yapışırsa, bir az da un əlavə edin.

Xəmiri 2 hissəyə bölün. Bir hissəsini formanın dibinə əlinizlə yayın. O biri hissəni isə kündələyib, mətbəx streçinə büküb buzluğa qoyun ki, bir az bərkisin, təxminən 15 dəqiqə ərzində.
Qaragül piroqu resepti - FOTO RESEPT


Sobanı 185C-dək qızdırın.

Birinci layın üstünə cemi çəkin. Buzluqda olan kündəni sürtgəcin iri dişlərində birbaşa kətənin üstünə keçirin.

Kətəni 35 dəqiqə və yaxud üstü azacıq qızaranadək bişirin. Soyuduqdan sonra istəyə görə kətənin üstünə şəkər pudrası ələmək olar.

Nuş olsun!
Etiketlər: stəkan, üstünə, əlavə, mikserlə, deyil, qədər, qoyun, kasada, kətənin, buraya, əlinizlə, xəmir, qarışdırın, formanın, dəqiqə, sonra, şəkər, yumurta, buzluğa, streçinə
BİZİ İZLƏYİN