• Qaragilə piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 19 175

Tarix : 21-06-2014, 20:48

Bölmə : Piroq və Kekslər / Şərbətli şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi::
1,5 stəkan qaragilə
4-6 x.q. şəkər tozu

Xəmir üçün:
2 stəkan un
200 qram kərə yağı və yaxud marqarin
2-3 x.q. şəkər tozu
1 ç.q. vanil şəkəri
Bir çimdik duz
1 yumurta sarısı

Şirə üçün:
180-200 qram xama
2 ədəd yumurta
2-3 x.q. şəkər tozu
1 ç.q. vanil şəkəri
2 x.q. kartof nişastası

Hazırlanması:
Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin. Qaragiləni yuyub, təmizləyin. Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.

Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin. 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin. Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin. Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.

Piroqun şirəsini hazırlamağa başlayın.

Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.

Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.

200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.

İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz. Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır.

Nuş olsun!
Etiketlər: şəkər, qaragiləni, şəkəri, yerləşdirin, bilərsiz, vanil, yumurta, xəmiri, dərəcə, çıxarıb, piroqu, qaşığı, hazırlaya, qızdırılmış, sobada, Piroqun, gəzdirin, xörək, bişirin, dəqiqə
BİZİ İZLƏYİN