• Köklü rulon keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 008

Tarix : 14-07-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
3 fincan şəkər tozu
1 fincan süd
4 fincan un
1 paket qabartma tozu

İçi üçün:
4 ədəd kök
1 stəkan üzüm
1 fincan şəkər tozu
1 yemək qaşığı darçın
1 yemək qaşığı fıstıq

Hazırlanması:
Kökü rəndələyib şəkər və üzümü də əlavə edib yaxşıva bişiririk.
Darçın əlavə edib altını söndürək.
Böyük dördbucaq soba qabına yağlı kağız sərib təkrar yağlayaq.
Mən kərəyağı istifadə etdim.
Sonra bişən məhsulu qabın hər tərəfinə yayırıq.
Üzərinə fıstıq səpib keksimizi hazırlayırıq.
Keks üçün yumurta və şəkər tozunu qarışdırıb südü əlavə edib, un və qabartma tozunu ələyərək qarışdırırıq və köklü qarışığı üzərinə hər yerinə çatacaq şəkildə yayırıq.
180 dərəcəlik sobada kürdanla yoxlayaraq bişiririk.
Bişən keksi ilk istiliyi ilə rulon edib soyuyanda yağlı kağızdan ayırıb təkrar rulon edirik. Servis edirik.

Nuş olsun!
Etiketlər: şəkər, fincan, əlavə, fıstıq, qaşığı, yağlı, təkrar, yayırıq, tozunu, yemək, bişiririk, yumurta, rulon, edirik, qabartma, ələyərək, qarışdırırıq, köklü, qarışdırıb, hazırlayırıq
BİZİ İZLƏYİN