• Darçınlı almalı keks resepti

Reseptin məlumatları Baxış sayı: 17 042

Tarix : 17-07-2016, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
125 qr marqarin vəya kərəyağ
125 qr şəkər (bir su stəkanından 2 barmaq əskik şəkər)
200 qr un (2 su stəkanı)
3 yumurta
6 iri alma (almalar kiçik olarsa 8 ədəd)
1 paket qabartma tozu və vanil
3 yemək qaşığı süd
1 yemək qaşığı toz şəkər və darçın (qarıştırıb almaların üzərinə səpiləcək)
Üzərinə ələmək üçün
Yarım çay stəkanı pudra şəkəri

Hazırlanması:
Əvvəlcə almaları yuyub, soyub dördə bölürük.
İçlərini təmizləyirik
Sonra dilimlərin üzərini ucu sivri bir bıçaqla incə incə cızırıq.
əvvəlcə yumurta və şəkəri çırpırıq
Yağ, un, qabartma tozu, vanil və südü əlavə edib keksi hazırlayırıq.
Yağlı kağız yaydığımız dairəvi qaba tökürük.
Keksi ortasından kənarlara doğru çəkirik.
almaları birbirinə dəyəcək şəkildə keksin üzərinə sıralı şəkildə düzürük.
almaların üzərinə də toz şəkər və darçın qarışımını səpirik.
180 dərəcədə içi çiy qalmayacaq şəkildə keksi bişiririk.
Sobadan çıxardığımız keksin üzərinə soyuyanda pudra şəkəri səpirik.

Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, şəkəri, şəkildə, yemək, vanil, qabartma, almaların, keksi, almaları, pudra, keksin, darçın, qaşığı, yumurta, səpirik, stəkanı, kağız, yaydığımız, dairəvi
BİZİ İZLƏYİN