• Bəzəkli köklü şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 17 318

Tarix : 14-07-2016, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
4 ədəd kök
3 paket peçenye
6 yemək qaşığı şəkər tozu
3 yemək qaşığı fıstıq
1 paket vanil

Üzəri üçün:
Xırdalanmış kakaolu peçenye
krem şanti
Süd

Hazırlanması:
Əvvəlcə kökləri soyub yuduqdan sonra rəndələyib qazana şəkər tozuyla birlikdə atırıq.
Köklər yumuşalana qədər ara ara qarışdıraraq bişirək və soyumağa qoyaq.
İçərisinə digər ərzaqları da qatıb yoğuraq.
Əgər yumru formaya salanda çətinlik çəksəniz daha çox peçenye əlavə edə bilərsiniz.
Soyuducuda biraz saxladıqdan sonra qoz böyüklüyündə toplar şəklində götürüb peçenye qırıntısında buladıqdan sonra servis boşqabına düzək.
Krem şantini də üzərindəki reseptə görə hazırlayıb şirniyyatımızın üzərinə sıxma torbasıyla sıxaq.

Nuş olsun!
Etiketlər: peçenye, sonra, paket, qaşığı, şəkər, yemək, əlavə, Soyuducuda, böyüklüyündə, saxladıqdan, biraz, bilərsiniz, toplar, yumru, yoğuraq, qatıb, formaya, salanda, çəksəniz, çətinlik
BİZİ İZLƏYİN