• Üzüm alma qarışımlı rulon keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 462

Tarix : 17-07-2016, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
3 yumurta
1 Su stəkanı şəkər tozu
1 su stəkanı ilıq süd
1 paket qabartma tozu
1 paket vanil
2 su stəkanı un

Qarışım üçün:
5 ədəd orta ölçüdə alma
1 su stəkanı quru üzüm
2 yemək qaşığı darçın
Yarım çay stəkanı şəkər tozu
1 yemək qaşığı kərəyağı soba kağızını yağlamaq üçün

Hazırlanması:
Əvvəlcə almalar soyulub yuyulur və rəndələnir suyu sıxılmış almalar orta ölçüdə bir qazana qoyulur üzərinə quru üzüm və şəkər əlavə olunur və orta temperaturda aradabir qarışdırılır.
Suyunu yaxşıca çəkib bişən almalı qarışıma darçın əlavə olunur və yaxşıca qarışdırılıb soba kağızı sərilir və kərəyağıyla yağlanan soba qabına isti ikən boşaldılır və bərabər şəkildə yaxşıca düzləndirilir və soyumağa qoyulur.
Digər tərəfdə keks ərzaqları hazırlanır yumurta və şəkər mikserlə krem halına gələnəcən çalınır və süd əlavə olunur yenə qarışdırılan ərzağa yavaş yavaş ələnmiş un vanil və qabartma tozu əlavə olunub yaxşıca mikserlə qarışdırılır və soyuyan ərzağın üzərinə bərabər şəkildə tökülür.
185 dərəcədə isidilmiş sobada çəhrayı oluncaya qədər bişirilir.
Sobadan çıxan keks isti ikən rulon şəklində bükülür soyumağa qoyulur soyuyan keks dilimlənir və servis edilir.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, yaxşıca, şəkər, qoyulur, olunur, almalar, mikserlə, soyumağa, yavaş, qarışdırılır, soyuyan, üzərinə, qaşığı, darçın, paket, qabartma, yumurta, bərabər, şəkildə
BİZİ İZLƏYİN