• Süd dilimi resepti

Reseptin məlumatları Baxış sayı: 20 073

Tarix : 15-07-2016, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 yumurta
1,5 qəhvə fincanı şəkər
1,5 qəhvə fincanı süd
1 qəhvə fincanı duru yağ
1 su stəkanı un
1,5 yemək qaşığı kakao
yarım paket qabartma tozu

Kremi üçün:
1 paket krem (200 ml)
1 paket toz krem şanti
2 yemək qaşığı süd
2-3 damcı limon suyu

Hazırlanması:
Əvvəlcə krem üçün bütün ərzaqları qarışdırın.
Mikserlə çırpın.
Tündləşəndə şkafa qoyun.
Keks üçün yumurta və şəkəri çırpın.
Kremi əmələ gələndə un istisna olmaqla bütün ərzaqları əlavə edərək ən son unu tökün.
Yağlı kağız sərili kvadrat qaba xəmiri tökün. 180 dərəcədə bişirin.
Bişirirkən ilk 10 dəqiqə sobanın qapağını bir neçə dəfə açın.
Beləliklə keksin ortası qabarmayacaq, keksimiz düz olacaq.
Təqribi 17 dəqiqə bişiririk.
Sobadan çıxan keksin ilk istiliyi gedəndən sonra keksi yavaşca sıxın düzləşdirin.
Keks soyuyanda ortadan 2-yə kəsin, istəsəniz dilimləyin.
Keksin ortasına kremi qoyaraq yayın.
Dilimləyərək soyuducuda 2-3 saat saxlayın.

Nuş olsun!
Etiketlər: qəhvə, fincanı, paket, qaşığı, bütün, çırpın, ərzaqları, Kremi, yemək, yumurta, dəqiqə, keksin, tökün, çıxan, Sobadan, istiliyi, gedəndən, sobanın, bişiririk, Bişirirkən
BİZİ İZLƏYİN