Tərkibi:3 yumurta
1 su stəkanı şəkər tozu
1 çay stəkanı süd
1 su stəkanı duru yağ
1 çay stəkanı qatıq
1 paket vanil
1 paket qabartma tozu
2, 5 su stəkanı un
1 su stəkanı damla şokolad
Hazırlanması:Dərin bir qarışdırma qabına yumurta və şəkəri qoyub 3 dəqiqə qarışdırın.
Süd, duru yağ və qatığı əlavə edib təkrar çırpın.
Un, vanil və qabartma tozu əlavə edib son dəfə çırpın.
Şokolad dənəciklərini də əlavə edib qaşıq köməyiylə qarışdırıb Silikon muffin qəliblərinə yarım olacaq şəkildə paylaşdırın.
Qəliblərə tökdükdən sonra üzərilərinə şokolad dənəcikləri səpin.
180°c isidilmiş sobada 25 dəqiqə bişirin.
Soyuduqdan sonra qəliblərdən çıxarıb servis edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, vanil, paket, qabartma, dəqiqə, sonra, şokolad, çırpın, yumurta, Qəliblərə, tökdükdən, content, paylaşdırın, üzərilərinə, olacaq, muffin, qəliblərinə, yarım, dənəcikləri