• Vişnəli yalançı çörək şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 12 851

Tarix : 16-07-2016, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 qr. Dondurulmuş Vişnə
1,5 paket duzsuz qızardılmış çörək dilimi
3 su stəkanı su
2, 5 su stəkanı şəkər tozu
1/2 paket krem şanti
1/2 su stəkanı süd
1 ədəd banan

Hazırlanması:
Vişnənin çəyirdəklərini çıxarıb qazana qoyun, şəkər və suyu əlavə edib qaynamağa qoyun.
5 dəqiqəyə qədər qaynadın.
Orta ölçüdə bir boşqaba çörək dilimlərini düzün.
Üzərinə vişnəli sudan dənələriylə birgə isti ikən tökün.
Üzərinə bir sıra yenə çörək düzün.
Qalan şərbəti də üzərinə gəzdirin.
Bananları dairə şəklində kəsib üzərinə əlavə edin.
Krem şantini südlə çırpın və bananların üzərinə bəzəyin.
2 saat saxladıqdan sora servis edin.

Nuş olsun!
Etiketlər: üzərinə, stəkanı, çörək, şəkər, qoyun, əlavə, paket, düzün, Üzərinə, Qalan, şərbəti, dənələriylə, dilimlərini, vişnəli, sudan, birgə, tökün, gəzdirin, bəzəyin, bananların
BİZİ İZLƏYİN