• İmam sarığı keksi resepti

Reseptin məlumatları Baxış sayı: 15 166

Tarix : 18-07-2016, 15:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 yumurta
1 su səkanı şəkər
1 su stəkanı un
yarım paket qabartma tozu
1 paket vanilya
3 yemək qaşığı kakao
3 yemək qaşığı su

Krem:
3 su stəkanı süd
1,5 yemək qaşığı un
1 yemək qaşığı nişasta
yarım su stəkanı şəkər
1 yumurta sarısı
1 paket vanil

Üzərinə:
100 gr. şokolad

Kənarlarına:
kokos

Hazırlanması:
İmam sarığı şiniyyatı hazırlamaq üçün əvvəlcə yumurtanı və şəkəri çalın.
Sonra digər ərzaqları qarışdırıb çalmağa davam edin.
Soba qabına yağlı kağız qoyuruq.
Keks xəmirini yayıb əvvəlcədən isidilmiş 170 dərəcəli sobada bişiririk.
Keks soyuduqdan sonra su stəkanını isladıb keksləri stəkanla kəsirik.
Təqribən 20 ədəd dairə olacaq.
Kremin bütün ərzaqlarını qarışdırıb bişiririk.
Kəsdiyimiz keksin birini götürüb bir qaşıq krem qoyub üzərinə kəsdiyimiz keksləri qoyuruq və kənarlarına krem çəkin.
Kokosa bulayırıq.
Digər bütün keksləri bu şəkildə elədikdən sonra əritdiyimiz şokoladdan üzərlərinə 1 qaşıq qoyub kənarlarına daşırmadan yayırıq.
Soyuduqdan sonra imam sarığı şirniyyatı servisə hazırdır.

Nuş olsun!
Etiketlər: yemək, qaşığı, paket, stəkanı, keksləri, sonra, qoyub, sarığı, qarışdırıb, bişiririk, qoyuruq, bütün, qaşıq, kənarlarına, yarım, yumurta, şəkər, ərzaqlarını, dairə, olacaq
BİZİ İZLƏYİN