• İki rəngli rəvani resepti

Reseptin məlumatları Baxış sayı: 13 927

Tarix : 25-07-2016, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
250 gr ərimiş kərəyağı
1 su stəkanı şəkər
3 yumurta
2 su stəkanı irmik
1 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanil

Şərbəti üçün:
3,5 su stəkanı şəkər
3,5 su stəkanı su
1/4 limon suyu

Üzəri üçün:
2 yemək qaşığı kakao
2 yemək qaşığı qoz

Bəzəmək üçün:
Krem şanti

Hazırlanması:
Yumurtaları şəkərlə çırpın.
ərimiş yağı əlavə edin və çırpmağa davam edin.
İrmiği, unu, qabartma tozunu, vanili əlavə edin və qarışdırın.
Yağlanmış orta ölçüdə bir soba qabına boşaldın və isidilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər bişirin.
Əvvəlcədən qaynatdığınız ilıq şərbəti, sobadan çıxan şirniyyatın üzərinə tökün.
Şirniyyat şərbəti yaxşı çəkəndə, bir qəlib və ya stəkan köməyi ilə dairəvi hissələr kəsib çıxarın.
Kənarlarında qalan şirniyyat parçalarını bir kasaya qoyun.
İçinə kakao və qoz əlavə edib qarışdırın.
Bu kakaolu qarışımı, dairəvi şirniyyatların üzərinə düzgün şəkildə yerləşdirin.
Krem şanti ilə bəzəyib servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, yemək, qabartma, paket, şərbəti, kakao, şanti, qarışdırın, dairəvi, şəkər, üzərinə, qaşığı, ərimiş, Şirniyyat, çəkəndə, bəzəyib, qəlib, stəkan, yerləşdirin
BİZİ İZLƏYİN