• Sadrazan lokumu resepti

Reseptin məlumatları Baxış sayı: 13 329

Tarix : 20-07-2016, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
5 yumurta
1 su stəkanı şəkər
1 su stəkanı un
1 qabartma tozu
kokos

Muhalləbi üçün:
3 yemək qaşığı un
3 yemək qaşığı nişasta
3 su stəkanı süd
150 gr margarin
1.5 su stəkanı şəkər

Hazırlanması:
5 yumurtanı çırpın, şəkəri əlavə edin, şəkər əriyənə qədər çırpmağa davam edin, sonra içinə 1 su stəkanı unu əlavə edib çırpmağa davam edin.
Sonda qabartma tozunu da qatın və çırpın.
Əvvəlcədən 170 dərəcədə isitdiyiniz sobaya qoyun.
Muhallebi üçün un, nişasta və südü birlikdə çırpın, üzərinə margarin və şəkəri əlavə edin, göz göz olana qədər bişirin.
Keksi sobadan çıxarıb uzunlamasına ikiyə bölün.
Boşqabların içinə muhallebini çəkin və keksləri dürüm halina gətirin və barmaq boyda dilimləyin.
Daha sonra əvvəl südə, sonra kakosa bulayırıq.
Yarım saat gözlətdikdən sonra servis edə bilərsiniz..

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, şəkər, əlavə, çırpın, margarin, içinə, qaşığı, şəkəri, qədər, davam, çırpmağa, yemək, nişasta, qabartma, çıxarıb, dürüm, sobadan, Keksi, halina
BİZİ İZLƏYİN